Təranə Paşayeva:
Elmə və alimə hörmətlə yanaşmaq gələcəyimizə hörmət deməkdir!
Son zamanlar AMEA-nın adı sosial şəbəkələrdə tez-tez hallandırılır. Təəssüf doğuran haldır ki, mövzu ilə bağlı kifayət qədər məlumatı olmayan şəxslər tərəfindən müxtəlif yazılar paylaşılır, bəzi xəbər saytlarında isə dəqiqliyi təsdiqlənməmiş məlumatlar, hətta şəkillərlə birlikdə yayımlanaraq ictimai rəyə təqdim olunur. Bəzən bu paylaşımlar sensasiya xarakteri daşıyır və sanki məlumatı daha tez yaymaq üçün yarış aparılır.
Təəssüf edirəm ki, belə hallar məhz yaşadığımız ölkədə baş verir. Alimlərimiz cəmiyyət üçün böyük dəyər kəsb edir. Elm yolu uzun, çətin və məsuliyyətli bir yoldur. Bu yolda insan illərlə araşdırmalar aparır, elmi məqalələr və kitablar nəşr etdirir, bilik və təcrübəsini artıraraq alimlik zirvəsinə yüksəlir. Bu, həqiqətən də böyük zəhmət, səbr və fədakarlıq tələb edən bir ömür yoludur.
Bütün həyatını elmə həsr edən, ömrünü araşdırmalara və gənc nəslin yetişməsinə sərf edən ziyalılarımıza qarşı bəzi informasiya resurslarında qeyri-ciddi və lağlağı münasibətin sərgilənməsi ciddi təəssüf hissi doğurur. Alimlərin elmi fəaliyyətini, tədqiqatlarını və nəşrlərini müzakirə etmək əvəzinə, mövzunun qeyri-ciddi istiqamətə yönəldilməsi cəmiyyət üçün faydalı deyil.
Unutmamalıyıq ki, elmə və alimə hörmət cəmiyyətin inkişaf göstəricisidir. Bu gün hansısa uğuru və ya mövqeni tənqid edənlərin bir qismi, bəlkə də, həmin zirvəyə çatmağın nə qədər çətin olduğunu dərk etmir. Lakin tarix göstərir ki, əsassız tənqid və qərəzli münasibət dəyəri azaltmır; əksinə, görülən işin və qazandığı hörmətin göstəricisi ola bilər.
AMEA-nın və ümumilikdə elmin nüfuzunun qorunması hər birimizin məsuliyyətidir. Elmə və alimə hörmətlə yanaşmaq gələcəyimizə hörmət deməkdir.
* * *
Biz kimin kim olduğunu və bu şouların nə məqsəd güddüyünü biz gözəl bilirik.
Qəzənfər müəlimi həm elmimizin , elimizin və özümüzün ağsaqqalı bilirik.
Elin gözü tərəzidir!
Son günlər yayılan məlumatlarda Qəzənfər Paşayevin yer alması və onun haqqında yanlış fikirlərin formalaşdırılması Azərbaycan xalqına və elminə qarşı hörmətsizlikdir. Qəzənfər Paşayev Azərbaycan elminə böyük töhfələr vermiş görkəmli alim, filologiya elmləri doktoru, professordur. O, xüsusilə Kərkük ədəbi mühitinin və İraq-türkman folklorunun araşdırılması sahəsində mühüm xidmətlər göstərmiş, Azərbaycan–İraq ədəbi əlaqələrinin elmi əsaslarla öyrənilməsinə mühüm töhfə vermişdir. Onun Altı il Dəclə-Fərat sahillərində əsəri həm elmi, həm də publisistik baxımdan dəyərli mənbədir və müəllifin uzun illər apardığı tədqiqatların nəticəsini əks etdirir. Qəzənfər Paşayevin fəaliyyəti Azərbaycan folklorunun və milli-mənəvi dəyərlərimizin qorunması və dünyaya tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Hörmətli Tarana Pashayeva xanım,hər birimiz öz müəllimlərimizə ,həkimlərimizə və alimlərimizə dəyər verib hörmət və ehtiram göstərməliyik.
Bu bizlərin mənəvi borcudur.
Sosial şəbəkədə olan müxtəlif təpkili yazılara çox üzüldüm.
Alimlərin yaradıcılığı ilə tanış olsunlar,görsünlər ki ,onlar necə çətinliklərlə bu yolda yüksəliblər.
Biz öz millətimizin hər bir nümayəndəsinə dəstək olub,onun müsbətini deməliyik, mənfi sözlərlə insanların zehnini yormamalıyıq.
Peşəkar və dəyərli media nümayəndələrindən xahiş edirəm ki,alimlərimizin dəyərli kitablarını və elmi fəaliyyətlərini təbliğ etsinlər.
Düşmənlər sevinməsin...Ziyalılarımızı qoruyaq .
Müəllim adı müqəddəs addır.
Ümümmilli Lider Heydər Əliyevin müəllimlik haqqında müdrik kəlamı:
Ən yüksək ad müəllimlikdir. Müəllimlik sənəti şərəfli bir sənətdir. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.
Dəclə və Fəratın suyundan içib, torpaqların səsini bizə gətirən böyük alimimiz! Sizin sayənizdə Kərkük bizə yad yox, doğma oldu. "Dəclə və Fərat sahillərində" kitabı təkcə elmi araşdırma deyil, bir millətin bütövlük salnaməsidir
Bədxahlar Qəzənfər Paşayev kimi mötəbər yazıçı və alimin xidmətlərinə və xalqın ona olan sevgisinə kölgə sala bilməz.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.


