Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Jurnalistlər Hikmət Hacıyevlə görüşəcək

Görüşdə məqsəd əsaslı təmirə bağlanmış  «Azərbaycan» nəşriyyatında jurnalistlərə yaradılmış problemlərin əsl günahkarı bəlli olacaq…

Xəbər verildiyi kimi, Prezident Administrasiyasının tabeliyində olan «Azərbaycan» nəşriyyatının əsaslı təmirə dayandırılması ilə uzun illərdir burada fəaliyyət göstərmiş redaksiyaların peşə fəaliyyətinə ciddi problemlər yaranmışdır. Məsələ ondadır ki, nəşriyyatda yerləşmiş redaksiyaların heç birinə alternativ yer təklif edilmədiyindən, jurnalistlərin birliyi pozulub, hərə bir məkanda məskunlaşıb. Jurnalistlərə arxa-dayaq olan ölkə Prezidentinin media siyasətinə, sanki kimlərsə əks gedərək, qəsdən kütləvi narazılığa hesablanmış addımlar atırlar.

Qeyd edək ki, heç bir yerə köçə bilməyən çoxsaylı jurnalistlərin Prezident Administrasiyasına göndərdiyi müraciətini də problemin məkanı olan nəşriyyata göndəriblər. Hazırda həmin redaksiyaların jurnalistləri peşə  fəaliyyətini davam etdirə, eləcə də qapıları bağlanmış nəşriyyatdan əşyalarını, avadanlıqlarını və kompüterlərini götürə bilmirlər.

Bunları nəzərə alan 60-a yaxın jurnalistin imzası ilə tərtib olunmuş ərizə ikinci dəfə artıq Prezident Administrasiyasına təkrarən göndərilib. Üstəlik, Prezidentin köməkçisi cənab Hikmət Hacıyevin tapşırığı ilə iki dəfədir jurnalistlərə səbrli olmaq tövsiyyə edilməklə, Mətbuat Şurasında müzakirələr aparılır, problemin həll ediləcəyi vədi verilir. Lakin yenə də problem çözülməmiş qalır.

Nəhayət, bu gün hələki adını çəkmək istəmədiyimiz aidiyyəti rəsmi qurumun tövsiyyəsi ilə jurnalistlərin səlahiyyəti nümayəndələri-«Təzadlar» qəzetinin və eyni adlı saytın rəhbəri Asif Mərzili, «Yenixeber.org» saytının rəhbəri İlqar Salmanov və «Gundemxeber.org» portalının sahibi Şirin Cəfəri Prezidentin köməkçisi Hikmət Hacıyevin qəbuluna dəvət edildilər. Administrasiyanın Qəbul Mərkəzində dinlənilən jurnalistlər yaranmış vəziyyəti ətraflı şərh ediblər.

Beləliklə, martın 5-də jurnalistlər cənab Hikmət Hacıyevlə görüşərək «Azərbaycan» nəşriyyatı ətrafında yaradılmış süni problemlərə aydınlıq gətiriləcək, redaksiyaların təklifləri dinləniləcək.

JASMİN

Best coffeeshop in Berlin