Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Zəfər ruhlu analar” – Masallıda tədbir

 

Gülüşləri çəkilib,
Yerində həsrət bitib.
Sanki oğlundan sonra 
Yuxusu əsgər gedib
Şəhid analarının.

 

Masallı Dövlət Regional Kollecində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Zəfər ruhlu analar” adlı tədbir keçirilib.
Tədbirdə kollec rəhbərliyi, müəllim və tələbələrlə yanaşı şəhid baş leytenant Zaur Hüseynovun və Naib Qasımovun anaları iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi ehtiramla anılıb, Dövlət himnimiz səsləndirilib.
Sonra qadınların cəmiyyətdə əvəzsiz rolundan bəhs edən natiqlər – Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov, direktor müavinləri Asim Yusifov, Dilarə Hüseynova, Tarix-Diyarşünaslıq Müzeyinin direktoru Əntiqə Tağıyeva, Azərbaycan Jurnalistlər Birliyi Masallı rayon təşkilatının sədri Akif Ağayev bildiriblər ki, Azərbaycan qadını hər zaman ailənin dayağı, cəmiyyətin mənəvi sütunu olub: “Şəhid anaları təkcə övlad böyütməyiblər, onlar Vətənə qəhrəmanlar bəxş ediblər. Gözlərində dinməz yaş, qəlblərində sarsılmaz qürur daşıyan bu analar xalqımızın, millətimizin əyilməzliyinin ən müqəddəs simvoludur...” 
Tələbələr şəhid Zaur Hüseynovun və Naib Qasımovun həyat və döyüş yoluna nəzər salıb, “Zəfər ruhlu analar” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdiriblər, şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.
Sonda şəhid analarına “Təşəkkürnamə”lər təqdim edilib, tədbirin təşkilində fəal iştirakına görə kollecin müəllimi Aysel Ağayevaya minnətdarlıq ifadə olunub.
Çıxışlar zamanı vurğulanıb ki, bu kimi maarifləndirici tədbirlər milli-mənəvi dəyərlərimizin təbliği, tarixi yaddaşımızın qorunması və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Akif VAQİFOĞLU.
 

Best coffeeshop in Berlin