Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Regional I İdman Festivalı” – MASALLIDA

 

Masallı rayonunda 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “Region idmançılarının I festivalı” və idman paradı keçirilib.
Tədbir Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Festival idman paradı ilə başlayıb. Rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, gənclər və çoxsaylı idmançıların iştirak etdiyi yürüş Qəhrəmanlar Parkından Heydər Əliyev adına Xatirə Parkınadək davam edib.
Park ərazisində keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov və digər rəsmi şəxslər, həmçinin Masallı, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı və Astara rayonlarının idmançıları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar. 
Festival Ulu Öndərin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsilə açıq elan olunub.
Festivalda iştirak edən rayon komandalarının təqdimatından sonra rəsmi hissə olub.
Rayon rəhbəri Araz Əhmədov 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününün ölkədə idmanın və sağlam həyat tərzinin təbliği baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu əlamətdar gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən təsis olunub. Qeyd edilib ki, 1995-ci il martın 5-də Heydər Əliyevin Bakı İdman Sarayında dünya və Avropa çempionları ilə görüşü ölkədə idman siyasətinin yeni mərhələsinin başlanğıcı olub.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov regionda idman ənənələrinin davam etdirildiyini və gənclərin idmana cəlb olunmasının sağlam cəmiyyətin formalaşmasına xidmət etdiyini diqqətə çatdırıblar.
Tədbirin sonunda Masallı Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə təltif olunmuş bir qrup məşqçi-müəllim və idmançıya Fəxri Fərmanlar təqdim edilib. Festival idmançıların nümunəvi çıxışları ilə yekunlaşıb.

 

Akif AĞAYEV
 

Best coffeeshop in Berlin