Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xaçmazda körpü çökdü +VİDEO

Xaçmaz rayonunda Qudyalçay üzərində yerləşən körpü çöküb. Hadisə zamanı körpünün üzərində avtomobillərin olduğu bildirilir.

AZpress.AZ Medianews.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, körpü qəfil çöküb və nəqliyyat vasitələri hadisə yerində qalıb. Hadisənin səbəbləri və mümkün xəsarət alanlarla bağlı məlumatlar dəqiqləşdirilir.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hadisə ilə bağlı araşdırma aparılır.

VİDEO LİNKDƏ: https://www.facebook.com/reel/1591679372159158

Best coffeeshop in Berlin