Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İrandan Azərbaycana 1161 nəfər təxliyə edilib

İrandan Azərbaycan və digər vətəndaşların təxliyəsi davam edir.

28 fevral saat 8:00-dan 4 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olan ümumilikdə 1161 nəfər təxliyə edilib.

Onların 361-i Çin, 246-sı Rusiya, 224-ü Azərbaycan, 99-u Tacikistan, 76-sı Pakistan, 46-sı Oman, 18-i Səudiyyə Ərəbistanı, 9-u Gürcüstan, 7-si Belarus, 6-sı BƏƏ, 6-sı Slovakiya, 5-i Serbiya, 4-ü isə İran, İordaniya, İsveçrə, Nigeriya və Yaponiya vətəndaşlarıdır.

Siyahıda həmçinin Qətər, Banqladeş, Özbəkistan, Meksika və Filippin vətəndaşlarından 3-ü; Nepal, Qazaxıstan, Fransa, Türkiyə, Yəmən, Qırğızıstan və İtaliya vətəndaşlarından 2-si var. Polşa, Tunis, Livan, Hindistan, Braziliya, Birləşmiş Krallıq, Myanma, Maldiv adaları və Cənubi Afrikadan 1 nəfər təxliyə edilib.

Best coffeeshop in Berlin