Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə icra başçısı qadınları təbrik etdi +FOTO=10

Ağcabədi Rayon İcra Hakimiyyətində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup qadınla görüş təşkil olunub.
AZpress.AZ xəbər verir ki, rayon icra hakimiyyətinin iclas zalında baş tutan tədbirdə çıxış edən icra başçısı Rafil Hüseynov xanımları bayram  münasibətilə təbrik edib, onlara can sağlığı və fəaliyyətlərində  yeni nailiyyətlər arzulayıb. R.Hüseynov ölkəmizdə həyata keçirilən dövlət qadın siyasətinin uğurlarından danışaraq, xanımların idarəetmə və ictimai sahələrdəki rolunun getdikcə artdığını vurğulayıb.  O, Ağcabədi rayonunun inkişafında qadınların göstərdiyi xüsusi fəallığı yüksək qiymətləndirib.
İcra başçısı həmçinin ailə institutunun qorunmasında qadınların əvəzsiz xidmətlərini önə çəkərək bildirib ki, milli-mənəvi dəyərlərimizi yaşadan və nəsillərə ötürən məhz analarımızdır. Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən danışan icra başçısı bildirib ki, bu həm də vətənpərvər övladlar böyüdən Azərbaycan qadınının mənəvi gücünün təcəssümüdür.
Görüşdə iştirak edən qadınlar onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər. Tədbirdə ictimai həyatda fəallıq göstərən xanımlara bayram hədiyyələri — güllər və pul mükafatları təqdim olunub. Yekunda xatirə fotosu çəkilib.

Best coffeeshop in Berlin