Şuşa Dövlət Musiqili Dram Teatrında "Tələ" tamaşasının premyerası keçirilib +FOTO=49
6 mart tarixində Şuşa Dövlət Musiqili Dram Teatrında, fransız dramaturqu Robert Tomasın "Tələ" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın növbəti dəfə premyerası keçirildi.
AZpress.AZ xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Fatma Əliyeva, musiqi tərtibatçısı Asyaxanım Heydərova, işıq tərtibatçısı Kənan Məmmədovdur.
Rollarda: Daniel-Vüsal Məmmədov,
Florans-Sevinc Ağayeva ,
Komissar - Türkay Cəfərli,
Rəssam- Sahib İbrahimov,
Tibb bacısı- Rəhimə Məmmədova,
Keşiş - Səyyar Rüstəm çıxış etdilər.
Robert Tomasın dedektiv janrında yazdığı "Tələ" əsəri, arvadını öldürmüş Danielin komissar tərəfindən oyuna gətirilərək qatil olduğunu necə etiraf etdiyindən bəhs edir. Öldürdüyü xanımının "sağ" olduğunu öyrənən Danielin durumu, hər kəsi inandırmağa çalışması, ətrafdakıların onu xəstə kimi qəbul etməsi tamaşaçını sona qədər hadisələrin içində saxlayır. Hadisələr getdikcə daha mürəkkəb hal alır, gerçəkliklə yalan bir-birinə qarışır. Daniel özünü xilas etmək üçün yeni yalanlara əl atdıqca, qurulan psixoloji tələ daha da daralır. Hər addımda onun daxili qorxusu və işlədiyi cinayət hissi açıq şəkildə üzə çıxır. Peşəkar komanda özünü çarəsiz kimi göstərən yalanları içində boğulan qatili aşkara çıxarır.
Elnarə Əhmədova


