Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tramp Xameneinin oğlunu İranın yeni lideri təyin etməklə bağlı: Görək nə olacaq

ABŞ prezidenti Donald Tramp Müctəba Xameneinin İranın yeni Ali Lideri təyin olunmasına "görəcəyik nə olacaq" sözləri ilə münasibət bildirib.

ABŞ prezidenti bu açıqlamanı "The Times of Israel" qəzetinə verdiyi müsahibədə verib.

Dövlət başçısı həmçinin Yaxın Şərqdəki münaqişənin sona çatması üçün vaxt qrafikindən də danışıb. Amerika liderinin sözlərinə görə, o, hərbi əməliyyatın sona çatması barədə İsrailin Baş naziri Binyamin Netanyahu ilə birlikdə qərar verəcək.

Bir müddət əvvəl İranın Ekspertlər Şurası 56 yaşlı Müctəba Xameneini İslam Respublikasının yeni lideri kimi təsdiqləyib. O, ABŞ-İsrail birgə hərbi əməliyyatı zamanı öldürülən Ayətullah Əli Xameneinin oğludur.

Best coffeeshop in Berlin