Türkiyə İranla bağlı münaqişə səbəbindən Şimali Kiprə altı F-16 təyyarəsi yerləşdirib
Türkiyə Şimali Kiprə altı F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemi yerləşdirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilib.
"Bölgəmizdəki son hadisələri nəzərə alaraq Şimali Kipr Türk Respublikasının (ŞKTR) təhlükəsizliyini artırmaq üçün mərhələli planın bir hissəsi olaraq, bu gün, 9 mart tarixindən etibarən ŞKTR-də hava hücumundan müdafiə sistemləri və altı F-16 döyüş təyyarəsi yerləşdirilib. Lazım gələrsə və inkişafdan asılı olaraq əlavə tədbirlər görüləcək", - deyə açıqlamada qeyd olunub.


