Türkiyəli futbol məşqçisi İstanbul hava limanında vəfat etdi
Livanın "Necme" futbol klubunun baş məşqçisi Engin Fırat 55 yaşında vəfat edib.
Türk məşqçi Livandan evə qayıdarkən İstanbul hava limanında ürək çatışmazlığından vəfat edib.
Fıratın möhtəşəm məşqçilik karyerası olub. 2002-ci ildə "Fənərbaxça"da köməkçi məşqçi kimi çalışıb və eyni zamanda Türkiyənin "Sivasspor" klubunda müxtəlif vəzifələrdə çalışıb. O, həmçinin İranda da tanınırdı və orada "Saipa" və "Sepahan" klublarını çalışdırıb.
2019-cu ildə Fırat Moldova milli komandasının baş məşqçisi təyin edilib.


