3x3 basketbolu üzrə qadın millimiz FİBA Çempionlar Liqasında
Martın 13-də 3x3 basketbolu üzrə qadınlar arasında FİBA Çempionlar Liqasınin qrup mərhələsinə start veriləcək. Millimiz turnirin "B" qrupunda Tailand, İspaniya və Kanada ilə mübarizə aparacaq. Millimizin iştirakı ilə keçiriləcək oyunların təqvimi belədir:
13 mart. Kanada - Azərbaycan (saat 13:20);
Tailand - Azərbaycan (saat 16:05);
14 mart: Azərbaycan - İspanya (saat 12:30).
Oyunlar FİBA 3x3 YouTube-də canlı yayımlanacaq.
Qeyd: FİBA 3x3 Çempionlar Kuboku -2027 və FİBA 3x3 Dünya Kuboku-2027-nin qalibi 2028 Olimpiya Oyunlarınin təsnifat turnirində iştirak etmək hüququ qazanacaq.
Millimizin heyətində Afrika Karter, Aleksandra Mollenhauer, Tatyana Deniskina və Barianna Freyzer yer alıb.
İNTİQAM Məmmədov


