Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Voleybolçuların çempionatında 17-ci tur başlayır

Bu gün kişi voleybol klublarının çıxış etdiyi Azərbaycan çempionatının Yüksək Liqasında 17-ci tura start veriləcək. Turda keçirilməsi nəzərdə tutulan hər üç oyun bu gün baş tutacaq. Oyunlardan ikisi FHN-in idman zalında, biri isə "Abşeron" OİK-də keçiriləcək. 

FHN-in idman zalında ilk olaraq "Murov Az Terminal"la "Neftçi" (saat 16:00), ardından ""Xilasedici" ilə "ORDU" (saat 18:00) qarşılaşacaq. "Abşeron" OİK-də isə "Gənclər" "AZERRAİL"lə üzləşəcək (saat 17:00).

Martin 11-də isə qadınların analoji yarışına start veriləcək. İlk gündə UNEC-in idman zalında eyniadlı klubla "DH Volley" (saat 17:00), MAA-nin idman zalında isə "Milli Aviasiya Akademiyası" ilə "Gəncə" (saat 17:00) qarşılaşacaq. 

Tura martın 12-də AVF-nin idman zalında keçiriləcək iki oyunla yekun vurulacaq. Əvvəlcə "Absey" - "Gənclər" (saat 16:00), ardından "AZERRAİL" - "Turan" (saat 18:00) oyunu olacaq. 

Hazırda həm kişilərin, həm də qadınların yarış cədvəlində vəziyyət aşağıdakı kimidir:

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin