Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rey Kərimğlu:

Hamını uctantutma agent, aftafa, tula adlandlrmaq düz deyil!

Həqiqətən Azərbaycanda müəyyən qədər İran, Rusiya tərəfdarı, agenti, tulası və aftafası var.

Amma, ancaq və lakin...

Bir neçə nəfər yaxşı tanığım, dövlətimizi, millətimizi sevən şəxslər də var ki, İran Azərbaycan məsələsində fərqli düşüncəyə sahibdilər. Onlar Azəraycanımızın, İranda yaşayan milyonlarla həmyerıilərimizin taleyindən narahat olaraq başqa cür münasibət sərgiləyirlər. Və bu məqam mənə də xoş deyil. Amma heç biri İranın agenti də deyil, İranpərəst də deyil. Ən azından mən inanmıram onların agent olmalarına. Əksinə onlar Azərbaycanı sevən insnalardı. Sadəcə, belə düşünür və belə danışırlar. Baxıram ki, sosial şəbəkədə bəziləri hamını ucdan tutma İran agenti və sair adlarla ittiham edirlər, söyüş, təbqir yazırlar. Amma hamını uctantutma agent, aftafa, tula adlandlrmaq düz deyil! Bundan çox narahatam.

Bunu da yazım ki, mən İranın fars-molla renimni sevmirəm.

P.S. Bu məsələdə dövlətimin - cənab Prezidentimizin yanındayam, onun rəsmi mövqeyini dəstəkləyirəm!

Best coffeeshop in Berlin