Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şəhid Rüfət Mustafayevin 30 illiyinə tədbir keçirilib +FOTO=33

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı şairə Esmira Günəş bu il də evin yeganə övladı olan şəhid Rüfət Mustafayevin ad günü ilə əlaqədar böyük tədbir təşkil edib.

AZpress.AZ xəbər verir ki, Sumqayıt Muğam Mərkəzində baş tutan tədbirin həm təşkilatçılığını, həm də aparıcılığını edən şairə bildirib ki, tədbir Sumqayıt Bələdiyyəsinin dəstəyi ilə baş tutub.

Şəhid ailələri, qazilər, məktəb rəhbərliklərinin, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə müğənni Arif Səlimov da olub. Tədbir boyu şairə Esmira Günəşin şəhid Rüfət Mustafayevin xatirəsinə həsr etdiyi şeirlər səslənib və onun sözlərinə bəstələnən musiqilər ifa olunub. Maraqlı kompozisiyalar göstərilib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdıqdan sonra şairə Esmira Günəş şəhidin ailəsi ilə birlikdə Rüfət Mustafayevin məzarını ziyarət edib.

Qeyd edək ki, şairə Esmira Günəş şəhid Rüfət Mustafayevin xatirəsinə 2 fərdi kitab həsr edib. "Qəlbimizin zirvəsində yaşayan qəhrəman" və "Cənnətdən gələn hədiyyə" adlanan kitablarından əlavə bir çox ümumi kitabında da Rüfət Mustafayev haqqında yazıları yer alıb. Şairə Esmira Günəşin təşəbbüsü ilə yalnız Sumqayıtda deyil, eləcə də fərqli bölgələrdə məktəblərdə şəhid Rüfət Mustafayevin adına sinif otaqları yaradılıb. Sumqayıtda fəaliyyət göstərən "Buta" rəqs dərnəyinə şəhid Rüfət Mustafayevin adı verilib. Şəhidin 30 illiyinə həsr olunmuş tədbirdə səhnədə çıxış edənlər də məhz şəhidin adına sinif otaqları yaradılan məktəblərin şagird kollektivləri olub. 

Xatırladaq ki, Mustafayev Rüfət Zöhrab oğlu 12 mart 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. 10 oktyabr 2020-ci il tarixində ikinci Vətən müharibəsi zamanı şəhid olub. 12 oktyabr tarixində Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Best coffeeshop in Berlin