Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallı güləşçisi Azərbaycan çempionudur

 

Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idmançısı 11-14 mart 2026-cı il tarixində Qazax Olimpiya İdman Kompleksində keçirilən sərbəst güləş üzrə yeniyetmələr arasında U15 Azərbaycan çempionatının qızıl medalına sahiblənib. 
Belə ki, məktəbin sərbəst güləş üzrə bölməsinin yetirməsi Əli Baloğlanov 48 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycan çempionu adını qazanıb. 
Final mərhələsinə kimi Əli iki Gəncə, bir FHN, bir Qazax komanda təmsilçisinə qalib gəlib. Finalda isə Siyəzən güləşçisi Tunar Sazmanini üstələyib.
Yeniyetmə pəhləvanımız yarışların təşkilat komitəsinin birinci dərəcəli diplom və medalı ilə təltif olunaraq, U15 ölkə yığmasına cəlb edilib. 
İdmançını yarışa Masallı UGİŞM-nin məşqçi-müəllimi Samir Rəhmanov hazırlayıb.

 

Akif AĞAYEV
 

Best coffeeshop in Berlin