Masalıda ağacəkmə aksiyaları keçirilir
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Masallı şəhəri, Təklə dairəsi, Boradigah qəsəbəsi və Mişkəmi kəndi ərazilərində ağacəkmə aksiyaları keçirilib.
Ağacəkmə aksiyalarında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RİHB aparatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mart ayının əvvəlindən təşkil olunan aksiyalar çərçivəsində 1200 ədəd eldar şamı, sərv, göyrüş və dəmir ağacı, eləcə də 15 kiloqram cücərdilmiş palıd qozası əkilib.
Ətraf mühitin mühafizəsi, ekoloji mühitin yaxşılaşdırılması və yaşıllıq sahələrinin artırılması məqsədi ilə keçirilən aksiyalar davam etməkdədir.
Akif AĞAYEV


