Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənc rəssamların akvarel sərgisi “Genç fırça”

Nine Senses incəsənət məkanında gənc rəssamların “Genç fırça” adlı akvarel sərgisi keçirildi. Tədbir JW Marriott Absheron Baku otelinin filialında baş tutdu və müasir akvarel sənətinin sevənlərini bir araya gətirdi. Ekspozisiyada gənc rəssamların 22 əsəri nümayiş olundu.

AZpress.AZ xəbər verir ki, sərginin təşkilatçısı Azərbaycan Akvarel Cəmiyyətinin gənclər sektorunun lideri Daniela Arxangelskaya (IWS Azerbaijan Young) olmuşdur. Sərginin məqsədi gənc akvarel rəssamlarını dəstəkləmək və inkişaf etdirmək, həmçinin akvarel rəssamlığını geniş auditoriya arasında təbliğ etməkdir.

Sərginin açılışında Nine Senses məkanının direktoru Natalya Jukova, Azərbaycan Akvarel Cəmiyyətinin rəhbəri Sabina İskəndər, həmçinin Azərbaycan Memarlar və Rəssamlar İttifaqının üzvü, UNESCO Beynəlxalq Rəssamlar İttifaqının üzvü və prezident təqaüdçüsü İsmayıl Hacıyev iştirak etmişlər.

Sərginin yekununda iki əsər qalib seçilmiş və tədbirə dəstək göstərən Ecaz Art Shop tərəfindən hədiyyələrlə mükafatlandırılmışdır.

“Genç fırça” sərgisi gənc rəssamların istedadlarını nümayiş etdirmək üçün mühüm platformaya çevrilmiş və Azərbaycanda akvarel sənətinin inkişafı üçün vacib addım olmuşdur.

Elnarə Əhmədova

Best coffeeshop in Berlin