Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xətai Sənət Mərkəzində "Sözün Təcəllisi" adlı qrup sərgisi keçirilib (FOTO=16)

14 mart 2026-cı il tarixində  Xətai Sənət Mərkəzi növbəti möhtəşəm sənət hadisəsinə ev sahibliyi etdi.

AZpress.AZ xəbər verir ki, "Shatu Art Group"un rəhbəri Turan İlhamın təşkilatçılığı ilə ərsəyə gələn, klassik və müasir xəttatlıq sənətinə həsr olunmuş "Sözün Təcəllisi" adlı qrup sərgisi sənətsevərlərin böyük marağına səbəb oldu.

​Xəttatlıq sadəcə hərflərin düzülüşü deyil, ruhun həndəsəsi və sözün görünən nura çevrilməsidir.

Sərgidə nümayiş olunan 20 istedadlı iştirakçının 80 fərqli əsəri, klassik xəttatlıq qaydalarından abstrakt interpretasiyalara qədər geniş bir sənət spektrini əhatə edirdi.

​Tədbirdə tanınmış xalq rəssamları, ilahiyyatçılar, incəsənət xadimləri və sənətşünaslar iştirak edərək sərgini yüksək qiymətləndirdilər. Qonaqlar xəttatlıq sənətinin müasir dövrdə bu cür konseptual yanaşma ilə təbliğ olunmasını "Shatu Art Group"un böyük uğuru kimi qeyd etdilər. Sərgilənən işlərdəki texniki ustalıq və mənəvi dərinlik peşəkarlar tərəfindən xüsusi rəğbətlə qarşılandı.

​Bu sərgi  bir daha sübut etdi ki, xəttatlıq sənəti yaşayan və daima inkişaf edən bir mənəviyyat güzgüsüdür. Hər bir əsər günlərlə çəkilən zəhmətin, səbrin və sənətə olan sonsuz eşqin bir təcəllisidir.

 

Fotolar: Mahir Əhmədov

* bu reportajda olan fotoları sifariş ermək üçün 
+99450 554 34 23 mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz
** eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında
REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrələr ilə əlaqə saxlaya bilərsiniz:
+99451 520 30 20
+99450 331 11 11
+99450 554 34 23

Best coffeeshop in Berlin