Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ruzanna Məmmədova AÇ-da gümüş medal qazanıb 

Serbiyanın Zrenyanin şəhərində 23 yaşlı (U-23) gənclər arasında idman güləşi üzrə keçirilən Avropa çempionatında sərbəst güləşçilərin ardından qızların yarışına da (qadın güləşi) yekun vurulub. Çempionatın 5-ci günü daha bir güləşçimiz - Ruzanna Məmmədova (62 kq) imamla güləşərək mükafatçılar sırasında yer alıb. O, yalnız həlledici finalda büdrəyərək, çıxışını ikinci yerdə bitirməklə gümüş medal qazanıb.

Xatırladaq ki, Ruzannadan öncə qızlardan ibarət U-23 millimizin üzvlərindən Günay Qurbanova (59 kq) qızıl,  Gültəkin Şirinova (55 kq) isə gümüş medal qazanıb. Bununla da qızlar komandamız AÇ-dəki çıxışını 3 (1-2-0) medalla başa vurub.

Yeri gəlmişkən, qızlardan öncə çıxış edən sərbəst güləş üzrə U-23 millimiz 8 (1-4-3) medal və 170 xalla Rusiyadan (190 xal) komanda hesabında ikinci yeri tutub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin