Elmin Əliyev Avropa çempionudur
Yunan-Roma güləşi üzrə U-23 yığmamız Avropada dördüncü olub
Serbiyanın Zrenyanin şəhərində 23 yaşlı (U-23) gənclər arasında keçirilən güləş üzrə Avropa çempionatına yarışların 7-ci günü klassiklərin final və bürünc medal uğrunda baş tutan görüşləri ilə yekun vurulub. Son gündə güləşçilərimizdən biri qızıl, ikisi isə bürünc medal qazanıb. Qızıl Elmin Əliyevin (82 kq), burunclər isə Fərid Xəlilovla (67 kq) Fəraim Mustafayevin (72 kq) aktivinə yazılıb. Bir gün öncə isə Fərid Sadıxov (55 kq) gümüş, İlkin Qurbanov (63 kq) bürünc medal qazanıb.
Beləliklə, yekunda 5 (1-1-3) medal qazanan və 100 xal toplayan millimiz komanda hesabında Avropada dördüncü olub.
İNTİQAM Məmmədov


