Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda maarifləndirici görüş keçirilib

 

Masallıda gənclərin maarifləndirilməsi istiqamətində növbəti mühüm tədbir keçirilib. 
Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli adına Masallı şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan görüş narkomaniya ilə mübarizə, erkən nikahın doğurduğu ağır sosial fəsadlar, eləcə də gənclərin həqiqi hərbi xidmətə hazırlanması kimi aktual mövzuları əhatə edib.
Rayon polis şöbəsi və təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutan görüşün əvvəlində Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Hakim Qurbanov iştirakçıları salamlayaraq görüşün əsas məqsədi barədə ətraflı məlumat verib. O bildirib ki, belə maarifləndirici tədbirlər məktəblilərin sağlam və düzgün həyat tərzi seçməsində, həmçinin onların cəmiyyətə faydalı fərd kimi formalaşmasında mühüm rol oynayır.
Daha sonra çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Cahangir Hüseynov, rayon prokurorunun köməkçisi Şəbnəm Dəmirova və rayon təhsil sektorunun məsləhətçisi Hörmət Balakişiyev mövzuların aktuallığını vurğulayaraq geniş və əhatəli fikirlər səsləndiriblər. Natiqlər xüsusilə narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələrdən, erkən nikahın ailə institutuna mənfi təsirlərindən və gənclərin hərbi xidmətə məsuliyyətlə yanaşmasının vacibliyindən bəhs ediblər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb. 

 

Akif AĞAYEV

Best coffeeshop in Berlin