Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tbilisi Dəbilqesinə kimlər gedəcəklər?

20-22 mart günlərində Gürcüstanın paytaxtı Tbilisidə kişi və qadınlar arasında cüdo üzrə Dünya Turu Seriyasından olan "Böyük Dəbilqə" turniri keçiriləcək. Üç gün davam edəcək bu turnirdə Azərbaycan da daxil olmaqla 52 ölkəni təmsil edən 404 (249 kişi və 155 qadın) cüdoçu medallar uğrunda yarışacaq. Azərbaycanı yarışda 6-si kişi, 5-i qadın olmaqla 11 tatami ustası 7 çəki dərəcəsində təmsil edəcək.

Böyük məşqçilər Elcin İsmayılov və Robert Kravcukun rəhbərliyi altında bəlli turnirə qatılacaq kişi komandamızın heyətinə Turan Bayramov, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Olimpiya çempionu Hidayət Heydərov, Kamran Süleymanov (hər ikisi 73 kq), Camal Qamzatxanov və Kənan Nəsibov (hər ikisi +100 kq) cəlb edilib.

Baş məşqçi Amina Abdellaitf və böyük məşqçisi Saşa Herkernartin rəhbərliyi altında sözügedən turnirə qatılacaq qadın yiqmamizin heyətində isə Könül Əliyeva (48 kq), Leyla Əliyeva (52 kq), Südabə Aqayeva, Aytac Qardaşxanli (hər ikisi 70 kq) və Madina Kaisinova (+78 kq) yer alıb.

Yeri gəlmişkən, kişilərin yarışında ən çox iştirakçı 73 kq-da (43 cüdoçu), qadınlarda isə 70 kq-da (30 cüdoçu) cəmləşib.

Bir məqamı da qeyd edək ki, reytinq xarakterli bu turnirdə hər çəkidə ilk üç yeri tutan cüdoçu müvafiq olaraq  aktivinə 1000, 750 və 500 xal yazdıracaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin