Ölkə çempionatında finalçılar müəyyənləşib
Mini-futbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələnin oyunları keçirilib və bununla da finalçılar müəyyənləşib. Maraqlıdır ki, finala əzəli rəqib olan "Birbaşa Bakı" ilə "Zirə" klubu yüksəlib. Qeyd edək ki, çempionluqun taleyini həll edən final oyunu aprelin 3-də Bakı Tennis Akademiyasının stadionunda təşkil olunacaq.
Üçüncü yer uğrunda isə "Sumqayıt"la "Aznur" qarşılaşacaq.
İNTİQAM Məmmədov


