Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə ağacəkmə aksiyası keçirildi +FOTO=30

Martın 19-da Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və təşəbbüsü ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Ağcabədidə ağacəkmə aksiyası həyata keçirilib.
AZpress.AZ xəbər verir ki, Mingəçevir-Bəhrəmtəpə magistral yolunun rayonun Aşağı Avşar kəndi ərazisindən keçən hissəsində baş tutan aksiyada Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayonda fəaliyyət göstərən idarə, müəssisə təşkilat rəhbərləri və kollektiv üzvləri, həmçinin şəhid ailələri iştirak ediblər.
Təxminən 200 nəfərin qatıldığı aksiyada adı çəkilən ərazidə 400 sayda  - o cümlədən 80 Eldar şamı, 80 ərik, 80 alça, 80 gilənar və 80 gavalı ağacı əkilib. Ağaclar əkildikdən sonra suvarılıb, onlara arqotexniki qaydada qulluq edilib.
Qeyd edək ki, rayonumuzda belə ağacəkmə aksiyaları ilin sonunadək davam edəcək.

Best coffeeshop in Berlin