Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

TAİB-də Bayram Məmmədovun 70 illik yubileyi və Novruz bayramı qeyd olundu

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin mərkəzi ofisində Təşkilatın İdarə heyətinin üzvü Bayram Məmmədovun 70 illik yubileyi və Novruz bayramı ilə bağlı tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı Səbinə Xasayeva və Tərəqqi medallı Behbud Behbudov, Türk Dünyası Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin İdarə Heyətinin üzvləri və Təşkilat üzvləri iştirak edib. Tədbiri giriş sözü ilə açan Təşkilatın sədri Sudeyif İmamverdiyev, TAİB-in gördüyü işlər və Bayram Məmmədovun zəngin həyat və fəaliyyəti haqqında danışdı. Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini Eyvaz Hünbətov Bayram Məmmədovun tərcümeyi-halı və yubilyarın TAİB-in fəaliyyətindəki rolu haqqında məlumat verdi. Daha sonra çıxış edən Milli Məclisin deputatı Səbinə Xasayeva Bayram Məmmədovun cəmiyyət qarşısındakı xidmətlərini, yüksək insani keyfiyyətlərini və uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətini xüsusi vurğuladı. Tədbirdə çıxış edən Behbud Behbudov, TAİB İH üzvləri və üzvləri Tahir Quliyev, Zakir Əliyev, Mübariz Süleymanlı, Dilqəm Quliyev Bayram, Vahid Aslan Məmmədovun həyatının müxtəlif mərhələləri, əmək fəaliyyəti, ictimai mövqeyi və insanlara olan səmimi münasibəti haqqında ətraflı danışdı.
Daha sonra TAİB sədri Sudeyif İmamverdiyev Bayram Məmmədovu 70 illik yubileyi münasibətilə təbrik etdi və yubilyara plaket təqdim etdi. 
Sonda Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədri Sudeyif bütün Türk dünyasını Novruz bayramı münasibətilə təbrik etdi.

Best coffeeshop in Berlin
https://www.youtube.com/watch?v=kgmFyPLMowc