Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda Qazaxıstan adət-ənənələri ilə Novruz bayramı qeyd edildi +FOTOLAR

Novruz bayramı ölkəmizin hər yerində qeyd olunur və biz bu bayramı qardaş Azərbaycanın paytaxtı Bakıda Qazaxıstan üslubunda qeyd etmək istədik.

AZpress.AZ xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Bakı Bulvarında Novruz bayramı münasibətilə keçirilən tədbirdə çıxış edərkən bildirib.

Səfir tədbirin tərəfdaş şirkətin dəstəyi ilə təşkil olunduğunu və qonaqlar üçün xüsusi bayram süfrəsinin hazırlandığını qeyd edib.

Alim Bayel Ramazan ayının və bayramının həm Qazaxıstan, həm də Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. "Dualarınız və oruclarınızın qəbul olmasını arzulayırıq", - deyə o bildirib.

Diplomat Novruzu yenilənmə və yazın simvolu elan edib: "Bu bayram türk dünyasında birlik, həmrəylik və əməkdaşlıq proseslərini daha da gücləndirir. Bu münasibətlə bütün türk dünyasına, İslam dünyasına və bütün bəşəriyyətə sülh və firavanlıq arzulayıram".

Alim Bayel əlavə edib ki, Bakıda təşkil olunan bayram proqramında milli yeməklər, ənənəvi oyunlar və müxtəlif yarışlar olacaq.

Sonda səfir tədbir iştirakçılarına təşəkkür edib və hər kəsə bayram arzularını çatdırıb.

Best coffeeshop in Berlin