Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Analı dünyam” kitabının təqdimatı keçirildi

       8 Mart Qadınlar Günü ərəfəsində , Azərbaycan Yazıçılar Birliyinin Natavan adına klubunda gözəl bir günün , çox maraqlı bir tədbirin və təqdimatın şahidi olduq . Beləki , həmin gün buraya , bütün poeziya və ədəbiyyatı sevərlər - şairlər , yazarlar və digər qələm adamları toplaşmışdılar . Tədbirin aparıcısı , gözəl və tanınmış şairəmiz  Güləmail xanım  buraya yığışanları salamladıqdan sonra , məclis davam  etdi .
       Tədbirin səbəbkarı  AYB-nin üzvü , "Qızıl Qələm"  , "Nəsimi 650" , "Rəsul Rza" və digər mükafatlar , həmçinin bir çox diplomlar laueratı , gözəl şairəmiz  , səmimi dost , dəyərli insan , həmçinin alicənab xanım Püstə Rəvan
çıxış etdi , özünün  "ANALI DÜNYAM " adlı yeni kitabı haqqında məlumat verdi , onu buraya yığışan həmkarlarına və geniş oxucu mühitinə təqdim etdi .
       Təqdimatda çıxış edən şaririn dostları , şairlər  , yazarlar və ziyalılar  bu kitabı  yüksək qiymətləndirərək , haqqında gözəl fikirlər söylədilər . Çıxış edənlər daha sonra şairəyə möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları
arzuladılar .
        Son olaraq mən də bu münasibət ilə Püstə xanımı bir daha ürəkdən təbrik edir və ona daha böyük yaradıcılıq uğurları arzulayır , əmin olduğumu bildirmək istəyirəm ki , tezliklə  bu kitab hamımızın stol üstü kitabına çevriləcəkdir . Həmin tədbirdən bir-neçə anı  sizlərin də nəzərlərinizə çatdırır və hamınıza sağlıqla qalın , söyləyirəm .

           Hörmətlə :  Elçin  Səlimli .
                                Şair publisist .

              

Best coffeeshop in Berlin