Almaniyada Azərbaycan finalı baş tutub
Martın 21-də Almaniyanın Bad-Blankenburq şəhərində 18 yaşlı (U-18) yeniyetmə qızlar arasında sayca 32-ci olan "Turingiya Kuboku -2026" beynəlxalq turnir keçirilib. Birgünlük turnirdə Azərbaycan təmsilçiləri (8 çəkidə 16 idmançı) də daxil olmaqla 243 cüdoçu medallar uğrunda mübarizə aparıb. Qeyd edək ki, baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədovun rəhbərliyi altında sözügedən turnirə qatılan Azərbaycan yığması çıxışını 6 (1-1-4) medalla başa vurub. Ən maraqlı və diqqət çəkən məqamlarından biri bu turnirdə 40 çəki dərəcəsində Azərbaycan finalının baş tutması olub. Qeyd edək ki, bu çəkinin həlledici final görüşündə həmyerlilərimiz Sunay Salmanova ilə Zəhra Quliyeva qarşılaşıb. Görüş Salmanovanın qələbəsi ilə bitib. Nəticədə birinci qızıl, ikinci gümüş medala layiq görülüb.
Yiqmamizin aktivinə yazılan bürünc medallar isə çıxışını üçüncü yerdə bitirən Pərvin Sevxanli (44 kq), Könül Əliyeva (48 kq), Məsumə Məmmədli (70 kq) və Zemfira Əliyevanın (+70 kq) aktivinə yazılıb.
İNTİQAM Məmmədov


