Cəmil Həsənli:
Bu "Mənzərə"ni rəssam fırçası ilə çəkən şair Ağacəfər Həsənlidir
Mənzərə
Bir nəmişli bahar çağı
Lerikdə gün əkilmişdi,
Duman döşdə kəsməkdəydi,
buruq-buruq alçaq yolu.
Sərt güneyin tünd işığı
tamam qeybə çəkilmişdi,
Qızarmışdı qulağının dibinəcən alça kolu.
Bu misralları oxuyanda Musa Yaqub yadıma düşdü. Amma bu "Mənzərə"ni, bilmirsən sözlə, yoxsa rəssam fırçası ilə çəkən şair Ağacəfər Həsənlidir. Gözəl bir tablodur! Onun hələ gənclik illərindən sevə-sevə oxuduğum şeirlərində təbiətin təkrarsız izi, əslində isə bütün möcüzəsi ilə özü var.
* * *
Gözəl Cəmil bəy ,siz doğma tarixi şəxsiyyətlərimizi,ulu babalarəmızı bizə yaxından tanıdan bir ünlü tarixçi alim oldunuz! Buna görə bütün Azərbaycan xalqı sizə minnətdardır. Tanrı sizi qorusun.
Bahar bayramınız mübarək.
Ağacəfər Həsənli gözəl alim, gözəl natiq, gözəl şair, söz boyaları ilə tablolar yaradan rəssamdır.Alqışlayıram.
Nə deyim,
vallah! Ağacəfər müəllim sözün həm ağasıdır, həm də cəfakeşi!
Paylaşıma görə təşəkkürlər, tələbəlik illərinin dostu Ağacəfər Həsənliyə can sağlığı, xoş günlər və yaradıcılıq uğurları arzulayıram!
Ustad şairimiz Ağacəfər Həsənli bənzərsiz şairdi. Onun yaradıcılığı haqqında düşünməyin özü bəzmi istirahətdi.
Gənclik dostum Cəmil müəllim,Sizi alqışlayır və salamlayıram. Böyük alimliyinizə şəkk-şübhə yoxdur, siz bir daha təsdiq edirsiniz ki, bədii ədəbiyyatı da gözəl duyur, poeziyanı hiss edirsiniz, ürəkdən sevirsiniz. Şeirimdən çəkdiyin misala görə təşəkkürümü bildirir, sizə, ailənizə xoşbəxtlik arzulayır, firavanlıq diləyirəm!
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.


