U-14 basketbol millimiz Türkiyədən kubokla dönüb
Türkiyənin Valova şəhərində 14 yaşlı basketbolçular arasında keçirilən və Azərbaycan millisinin də (U-14) iştirak etdiyi "EVOQ Challenqe Cup-2026" başa çatıb. ABF-dən verilən məlumata görə turnir U-14 millimiz üçün uğurlu olub. Belə ki, qrup mərhələsində "Falcons" klubunu 69:27, ardından "Valova GSK"ni 96:65 hesabla məğlub edən millimiz daha sonra bir sıra güclü rəqiblərlə qarşılaşmalarda da inamlı oyun nümayiş etdirməklə çıxışını üçüncü yerdə başa vurub və müvafiq kubokla təltif olunub.
U-14 yığmamız yalnız "Fənərbaxça" (1-ci yer) və "İstanbul Böyük Belediyesi" (2-ci yer) geri qalıb.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



