Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi raketka ustalarımız Avrasiya Liqasında yarışacaq

27-30 mart günlərində Qazaxıstanın Aktobe şəhərində kişilər arasında stolüstü tennis üzrə Avrasiya Liqasının birinci turu keçiriləcək. Dörd gün davam edəcək bu turnirdə Azərbaycan millisi də iştirak edəcək. ASTF-dən verilən məlumata görə, ölkəmiz sözügedən turnirdə baş məşqçi Ramil Cəfərovun rəhbərliyi altında Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadədən ibarət trio ilə təmsil olunacaq. 

Yeri gəlmişkən, kişilərdən öncə qadınların analoji yarışı keçirilib. Həmin yarışda Azərbaycan komandası keçirdiyi 8 oyunun 7-də qalıb gələrək ilk turu ikinci pillədə başa vurub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin