Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Aynur Haqverdi: 

Gəl, yenə mənim ol da

Gəl, öpüm gözlərindən.
Gözüm yollarda qaldı.
Bu nə gediş, ay ömrüm?
Payızlar yola saldı.
Gözüm kökü saraldı.

 

 

Ağac kimi bitdim mən
Çıxıb getdiyin yolda.
Şam təki yandım-yandım,
Bunca əzaba dözən,
Varmı gəzdiyin yolda?
Səni mən qibləm sandım.
Gəl, yenə mənim ol da.

 

 

Eşqimdən çağlayıb mən,
Ağladım qətrə-qətrə.
Nəhəng ümmana dönən
Sevgimi tökdüm sətrə.
Bu nə işdir, ay ömrüm?
Çevrilmisən şeirə.
Məşhursan sağda, solda.
Gəl, yenə mənim ol da.
Gəl, yenə mənim ol da.

Aynur Haqverdi

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111