Ağdamda minaya düşən şəxs reanimasiyadadır
Ağdam rayonunun Yusifcanlı kənd sakini mina partlaması nəticəsində xəsarət alıb.
Bu barədə "Report"a Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Travmatoloq Hafiz Əliyevin sözlərinə görə, onun vəziyyəti orta ağır olaraq qalır:
"Ağdam rayonunun Yusifcanlı kəndində mina partlaması nəticəsində xəsarət alan 1985-ci il təvəllüdlü kişi 26 mart saat 14:50-də Bərdə Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Xəstəyə sol ayağının aşağı üçdə birinin travmatik amputasiyası diaqnozu qoyulub. Onun müalicəsi reanimasiya şöbəsində davam edir".


