Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Türkiyə millisi Rumıniyanı məğlub edərək DÇ-2026-ya bir addım da yaxınlaşıb

Martın 26-da futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa qitəsi üzrə pley-off mərhələsinin ilk oyunlarına start verilib. Mərhələnin ilk oyunu İstanbuldakı "İnönü" stadionunda yerli Türkiyə millisi ilə Rumıniya yığması arasında baş tutub. Pley-off mərhələnin C qrupunda keçirilən və olduqca gərgin mübarizə şəraitində keçən bu görüş meydan sahibi olan ay-ulduzlu komandanın minimal hesablı qələbəsi ilə bitib - 1:0. İlk yarısı qolsuz bərabərliklə bitən matçın taleyini  həll edən yeganə qolun müəllifi 53-cü dəqiqədə Fərdi Kadiqlu olub. O, Arda Gülərin gözəl ötürməsini məntiqi sonluqla başa çatdırıb. Bununla da Türkiyə millisi sayca 23-cu dünya çempionatının 11 iyundan 19 iyuladək ABŞ, Kanada və Meksikada keçiriləcək final mərhələsinə bir addım da yaxınlaşıb. 

Qeyd edək ki, ay-ulduzlu komanda pley-offun 31 martda keçiləcək final mərhələsində isə Slovakiya - Kosovo matçının qalibi ilə qarşılaşacaq. Sözügedən oyun martın 26-da gecə saatlarında baş tutacaq.

Ümumiyyətlə, bu mərhələdə 16 milli komanda 4 vəsiqə uğrunda mübarizəyə qatılıb. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin