Özbəkistan yoldaşlıq oyununda Qabonu məğlub etdi
Özbəkistan milli futbol komandası yoldaşlıq oyununda Qabonu məğlub etdi.
Özbəkistan komandası erkən qol buraxmasına baxmayaraq 3-1 hesabı ilə qalib gəlib.
Qələbə qollarını Eldor Şomurodov, Caxongir Urozov və Əlişir Odilov vurublar.
Özbəkistan milli komandası Dünya Kubokunda debüt oyununa hazırlaşır. Qrup mərhələsində komanda Kolumbiya və Portuqaliya ilə qarşılaşacaq və onların üçüncü rəqibi Konqo Demokratik Respublikası ilə Yamayka arasında keçiriləcək oyunda müəyyənləşəcək.
Özbəkistan hazırda FİFA reytinqində 52-ci yerdədir.


