Ölkə çempionları müəyyənləşib
Gəncə İdman Sarayında 8-18 (8, 10, 12, 14, 16, 18) yaşlı oğlan və qızlar arasında şahmat üzrə keçirilən seçmə xarakterli Azərbaycan çempionatına yekun vurulub. Bununla da hər yaş qrupu üzrə çempionlar və mükafatçılar müəyyənləşib. Reqlamentə görə, hər yaş kateqoriyasında birinci yeri tutan şahmatçılar ölkəmizi 2026-cı ildə keçiriləcək dünya və Avropa çempionatında, ikinci yerlərin sahibləri isə yalnız Avropa çempionatında təmsil edəcəklər. Üçüncü yeri tutanlarsa, Azərbaycan Şahmat Federasiyasının dəstəyi (2000 manat) ilə reytinq xarakterli turnirlərdə iştirak edəcəklər.
Çempionları təqdim edirik:
8 yaşlılar (oğlan və qız):
Ziya Qubatov (Quba);
Əminə Əmənzadə (Bakı);
10 yaşlılar:
Nurlan Qənizadə (Bakı);
Nurcan Tahirova (Gəncə);
12 yaşlılar:
Səfa Hümbətov (Bakı);
Mehriban Əhmədli (Gəncə);
14 yaşlılar:
Şəms Qaraxanlı (Bakı);
Zəhra Allahverdiyeva ( Mingəçevir);
16 yaşlılar:
Paşam Əlizadə (Bakı);
Lalə Hüseynova (Bakı);
18 yaşlılar:
Tunar Davudov (Bakı);
Nərmin Abdinova (Bakı).
İNTİQAM Məmmədov


