Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Təbii drenajın pozulması, səthi axın və ya  Bakını niyə su basır?

Yağış eyni yağışdır,  amma niyə eyni şəhərdə bir vaxtlar sakitcə torpağa hopan su indi küçələri gölə çevirir? Cavab görünməyən bir dəyişiklikdə gizlidir. Şəhərin təbii drenaj sistemi artıq əvvəlki kimi işləmir.
Bakıda urbanizasiya nəticəsində təbii su axınları bağlanıb, torpaq örtüyü isə asfalt və betonla əvəz olunub. Bu isə səthi axını artıraraq yağış sularının qısa müddətdə böyük həcmdə toplanmasına səbəb olur. Mövcud drenaj sistemləri bu yükü daşıya bilmədikdə küçələr su altında qalır. Eyni zamanda torpağın su ilə doyması bəzi ərazilərdə çökmələrə gətirib çıxarır. Problem yalnız yağışda deyil, şəhərin strukturundadır.

Best coffeeshop in Berlin