Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əli NƏCƏFXANLI: 

Yesenini ovsunlamış xanəndə

 Cabbar Qaryağdıoğlu – 165 

Biz onu ilk dəfə məşhur “Neft və milyonlar səltənətində” filmində (1916-cı il) toy və kazinoda çəkilmiş şənlik epizodlarında görmüşük. Tarzən Qurban Pirimov və kamança ifaçısı Məşədi Qulu ilə birgə Cabbar Qaryağdıoğlunun ifası səssiz olsa da, kadrlar tarixilik baxımından önəmlidir. Daha sonra Üzeyir Hacıbəyli haqqında çəkilmiş “Uzun ömrün akkordları” filmində (1981-ci il) onun obrazına Qədir Rüstəmovun ifasında rast gəlmişik. Bugünə qədər qalıb yaşayan isə ölməz səsidir. 

Cabbar Qaryağdıoğlu 1861-ci ildə musiqi beşiyi Şuşada anadan olub. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Sənətini Cabbara da öyrətmək istəyirdi. Lakin Cabbarı gözəl səsi, anadangəlmə istedadı onu xanəndəliyə yönəldirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi. O ətrafda tay-tuşları ilə quzu otaranda  saatlarla “Dəlikdaş”ın üstündə oturub zümzümə edirdi. Sonralar bu zümzümələr böyük xanəndənin yetişməsinə səbəb oldu.

TAM MƏTN aşağıdakı linkdə: 
https://azpresstimes.info/news14140

Best coffeeshop in Berlin