Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bəhram Şəms:

Sağdı, sağ deyil?!

Ay eşqimdən bezar ruhum,
qismətin ağdı, ağ deyil?!
De, kefin yerindədirmi,
damağın çağdı, çağ deyil?!

Dalğın xəyallara dalıb,
fikrin yolun hara salıb?
Güvənməli kimin qalıb,
arxanda dağdı, dağ deyil?!

Nə yazılıb, olasıdı,
canım, hələ harasıdı?
Yaran hicran yarasıdı,
ürəyin ,,dağdı", ,,dağ" deyil?!

Eşqə düşdün, budu əlac,
başı götür, özündən qaç...
Arada bir qapısın aç,
bax, Bəhram sağdı, sağ deyil?!

                               

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111