Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ülkər Nicatlı:

Həsrətimin Lənkəran qoxusu

Mənim Lənkəranım sənsən əzizim, 
Sənsiz bir Lənkəran nəyimə  gərək
Baş  qoyub  dağların  dizi  üstünə, 
Sənsiz  Xəzər - Xəzər ağlayır urək. 

Kövrələ -  kövrələ  baxır  içimdən, 
Sənin həsrətinlə yanan duyğular. 
Yuvası  dağılmış  qaranquş kimi, 
Daha gözlərimə dönmür yuxular. 

Sərmişəm  Xəzərin  suları  ustə, 
Xatirə   ətirli  duyğularımı. 
Qaratel misralar ovcunda tutub, 
Mənim həsrətimi mənim ağrımı. 

Yumub  gözlərini  xatırla  məni, 
Qəlbində bir misra  yerimi saxla. 
Bu baxtsız sevgimin  qoxla ətrini, 
Bir misra gülümsə, bir misra ağla.

Best coffeeshop in Berlin