Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Faiq Mirzə:

Masallı kəndlərinin 1918-ci il mart faciəsi

1918-ci ilin mart ayında, Novruz bayramı ərəfəsində Kalinovka (indiki Viləş kəndi) molokan əhalisi və onların köməyinə gəlmiş Petrovun dəstəsi ilə ətraf müsəlman kəndlərinin (Böyük Təklə, Kərbəlayi Abdulla Təkləsi, Alvadı, Yazqıraq, Əhmədli, Çaxırlı, Xırmandalı, Haçatəpə, Həsənli, Xotəspanlu (Xoşçobanlı), Şəhriyar, Şərəfabad (Şərəfə),  Səmədxanlı, Qədirli, Digah, Qalabazarı, Ərkivan, Dadva, Bambaşı, Yeganoba (Yeyənkənd), Xacəabad (Xocavar), Hüseynhacılı, Yeddioymaq, Musaküçə, İsgəndərli, Lürən, Sərçuvar, Xıl) əhalisi arasında  baş vermis döyüşdə müsəlman əhali məğlub olmuş və əksər müsəlman kəndləri ruslar tərəfindən tutularaq yandırılmışdır. 
  Arxiv sənədlərində bu döyüşlə bağlı maraqlı məlumatlar var. Məlumatda deyilir ki, müsəlman silahlılarının məğlub olub geri qaçmasına baxmayaraq Yeyənkənd kəndindən Əhməd Paşa bəy oğlu, Qalabazarından (Masallı) Hacıağa Hacı Abdulla oğlu və Ələncəqala (Öncəqala) kəndindən Haşım adlı müəllim geri çəkilməyib, son patronlarına qədər döyüşmüş, hətta patronu qurtardıqdan sonra Əhməd bəy qılıncını sıyıraraq səngərdən çıxıb düşmənin üzərinə atılmışdır. Bu döyüşdə hər üçü həlak olmuşdur.  Bunların qorxmazlığından təsirlənən rus dəstələrinin komandiri üç gəncin geyim və silahlarına toxumamağı və hər üç meyidin döyüşlərdən sonra sahiblərinə təhvil verilməsini əmr etmişdir.
 

Best coffeeshop in Berlin