ABL-da müntəzəm çempionat başa çatıb
28-31 mart günlərində kişi basketbol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) 20-ci turun oyunları keçirilib və bununla da pley-offun həm 1/4, həm də 1/8 finalinda iştirak edəcək klublar müəyyənləşib. ABF-dən verilən məlumata görə, A qrupundan "Sabah", "Abşeron Lions" və "Neftçi", B qrupundan isə yalnız birinci yeri tutan "ORDU" klubu birbaşa 1/4 finalda iştirak etmək hüququ qazanıb.
20-ci turun qruplar üzrə nəticələri belə olub:
A qrupunda:
"Şəki" - "Gəncə" - 73:84;
"Neftçi" - "NTD Baku" - 93:83;
"Sabah" - "Abşeron Lions" - 105:72.
B qrupunda:
"Quba" - "Naxçıvan" - 96:103;
"Sərhədçi" - "Sumqayıt" - 93:89;
"ORDU" - "Lənkəran" - 107:65.
Yeri gəlmişkən, 1/8 finalda isə aşağıdakı cütlər qarşılaşacaqlar:
"Naxçıvan" - "Sərhədçi";
"Gəncə" - "Lənkəran" ;
"Quba" - "Şəki";
"Sumqayıt" - "NTD Baku".
Reqlamentə görə, 1/8 finalda cütlər 2 qələbəyədək mübarizə aparacaqlar. Cütlərin qalibləri finalda yuxarıda adları çəkilən klublarla 2/4 finalda qarşılaşacaqlar.
İNTİQAM Məmmədov


