Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 PÇL-da üçüncü tura start veriləcək 

Aprelin 3-də Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasında (PÇL) sayca üçüncü olan növbəti tura start veriləcək. Həmin gün iki oyun keçiriləcək. Saat 12:00-da "Şamaxı" ilə ilə "Buta Gölden" qarşılaşacaq. Turun mərkəzi oyunu isə elə həmin gün "Embawood"la "Sərhədçi" arasında baş tutacaq (saat 13:00).

Turun qalan üç oyunu isə eyni məkanda olmaqla, şənbə günü keçiriləcək. Həmin gün aşağıdakı oyunlar olacaq:

"Zəfər" - "Xəzər" (saat 12:00);

"Ömər" - "Polad" (saat 13:00);

"Elit" - "Atilla" (saat 14:00).

Hazırda turnir cədvəlinə hər iki turu qələbə ilə bitirən 'Polad", "Sərhədçi", "Elit" və Embawood" şərikli liderlik edirlər.

Qeyd edək ki, geridə qalan ilk 2 turdan sonra liqada bombardirlər siyahısına 8 topla Şəfayət Budaqov ("Polad") başciliq edir. Aktivində 6 top olan Vahid Məmmədov ("Sərhədçi") siyahıda ikinci, onun komanda yoldaşı İbrahim Rzalı isə 5 topla üçüncü yeri tutur.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin