Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Autizm Rənglərinin Melodiyası" adlı tədbir-sərgi keçirilib +FOTOLAR

02.04.2026-cı il tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "Engelsiz Music" MMC və "Autizmli Uşaqların Ailələrinə Dəstək" İB-nin birgə təşkil etdiyi "Autizm Rənglərinin Melodiyası" adlı tədbir-sərgi keçirilib. 

AZpress.AZ xəbər verir ki, sərgi xüsusi diqqət və qayğıya ehtiyacı olan autizm spektrlı uşaqlara həsr olunmuşdur. 

Tədbirdə autizm spektr pozuntulardan əziyyət çəkən uşaqlara məxsus, yüksək istedad ilə yaradılmış rəsm əsərləri nümayiş etdirilmişdir.

Mərkəzin müdiri Prof.Dr.Tarek Mohammad tədbirin açılışını edərək qonaqları salamladı. 

Rənglər duyğu inteqrasiyasını dəstəkləyir. Autizmli uşaqlar çox vaxt duyğularını sözlə ifadə etməkdə çətinlik çəkirlər.
Yaradıcılıq fəaliyyəti uşağa emosiyalarını simvolik formada ifadə etməyə imkan yaradır.

Tədbirin sonunda sərgi iştirakçılarına Mərkəzin müdiri Prof.Dr.Tarek Mohammad tərəfindən təşəkkürnamə təqdim olundu.

Fotolar: Mahir Əhmədov

Best coffeeshop in Berlin