Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İtaliya Futbol Federasiyasının prezidenti istefa verib

Qabriele Qravina İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsindən istefa verib. Jurnalist Fabritsio Romano bu barədə sosial media səhifəsində məlumat verib.

31 martda İtaliya milli komandası 2026-cı il Dünya Kubokuna vəsiqə uğrunda pley-off mərhələsinin son oyununda Bosniya və Herseqovinaya (1-1, 1-4 penaltilər seriyası) məğlub olub. İtaliya komandası ardıcıl üçüncü dəfə Dünya Kubokunu buraxacaq.

Gennaro Qattuzo İtaliya millisinin baş məşqçisi vəzifəsindən gedəcək.

72 yaşlı Qravina 2018-ci ilin payızından bəri İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsində çalışır. 2021-ci ildə İtaliya komandası Avropa çempionu olub.

Best coffeeshop in Berlin