Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

18 yaşlı voleybolçuların ölkə çempionatına yekun vurulub 

18 yaşlı (U-18) oğlan və qızlar  arasında voleybol üzrə keçirilən Azərbaycan çempionatına aprelin 5-də Bakı Voleybol Mərkəzində baş tutan final və üçüncü yer uğrunda oyunlarla yekun vurulub.

İlk olaraq qızlar arasında üçüncü yerin sahibinin müəyyənləşdirmək üçün "Möminə Xatun"la "Oquz RVK" meydana çıxıb. Görüş birincinin quru hesablı qələbəsi ilə başa çatıb - 3:0 (25:14, 25:20, 25:15).

Ardından qızlar arasında çempionluq uğrunda final oyunu keçirilib. Bu oyunda isə "Milli Aviasiya Akademiyası" ilə "Lokomotiv" qarşılaşıb. Görüşdə rəqibinə bir şet belə verməyən "MAA" çempion adını qazanıb - 3:0 (25:20, 25:19, 25:18).

Beləliklə, qızların yarışında "MAA" birinci, "Lokomotiv" ikinci, "Möminə Xatun" isə üçüncü yerin sahibi olub.

Oğlanların analoji yarışında isə üçüncü yeri "Bakı RVK" üzərində 3:1 (18:25, 25:14, 25:20, 25:18) hesabla qalib gələn "Murov Az Terminal" klubu tutub.

Çempion adını isə həlledici final görüşündə "ORDU" üzərində quru hesablı qələbə çalan "Şərqi Zəngəzur" qazanıb - 3:0 (25:18, 25:16, 25:16).

Beləliklə, oğlanların yarışında "Şərqi Zəngəzur" birinci, "ORDU" ikinci, "Murov Az Terminal" isə üçüncü olub.

Oyunlardan sonra mükafatlandırma mərasimi keçirilib və bununla da qalib və mükafatçılar layiq olduqları diplom və medallarla təltif olunublar.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin