"Zəfər" klubu "Xəzər" üzərində darmadağın hesabla zəfər çalıb
3-4 aprel günlərində Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının sayca üçüncü olan növbəti turunun oyunları keçirilib. Turda ən böyük hesablı nəticə "Zəfər" - "Xəzər" matçında qeydə alınıb. "Zəfər" təqibi üzərində darmadağın hesabla zəfər çalıb - 7:0.
Turun digər oyunlarına gəlincə, "Elit" - "Atilla" matçında ikinci meydana çıxmadığı üçün birinciyə 6:0 hesablı texniki qələbə verilib.
"Şamaxı" - "Buta Gölden" matçında da böyük hesablı nəticə qeydə alınıb - 5:0.
"Embawood " - "Sərhədçi " matçında ikinci minimal hesablı qələbəyə nail olub - 1:2.
Turun son matçında isə "Polad" klubu "Ömər" üzərində böyük hesablı qələbə qazanıb - 3:0
Liqada sayca 4-cü turun oyunları 17-18 aprel günlərində keçiriləcək.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



