Kişi şahmatçıların şəxsi Avropa çempionatı başlayır
Aprelin 7-də Polşanın Katovitse şəhərində kişi şahmatçılar arasında Dünya Kubokuna seçmə xarakterli şəxsi Avropa çempionatına start veriləcək. İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan çempionatda Azərbaycan da daxil olmaqla, 43 ölkəni təmsil edən 502 zəka sahibi mübarizə aparacaq.Olkəmiz çempionatda biri qadın olmaqla 14 şahmatçı ilə təmsil olunacaq. Heyətdə Aydın Süleymanlı, Məhəmməd Muradlı, Read Səmədov, Nicat Abbasov , Xəqani Əhməd, Şiroqlan Talıbov, Xəzər Babazadə, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Süleyman Süleymanlı, Əli Zuqanov, Ceyhun Hüseynzadə və Gövhər Beydullayeva yer alıb.
Çempionata aprelin 19-da yekun vurulacaq.
İNTİQAM Məmmədov


