Azərbaycan komandası Özbəkistanda keçiriləcək Dünya Taekvondo Çempionatında mübarizə aparacaq
Dünya Gənclər Taekvondo Çempionatı Özbəkistanın Daşkənd şəhərində keçiriləcək.
Azərbaycan Taekvondo Federasiyasının məlumatına görə, yarışda ölkədən 15 nümayəndə - 10 oğlan və 5 qız iştirak edəcək.
Gənclər komandasında aşağıdakı idmançılar mübarizə aparacaq: Rasim Xəlilov (45 kq), İlyas Hatəmli (48 kq), Novruz Əliyev (51 kq), Elmir Səlimov (55 kq), Məhəmməd Həsənov (59 kq), Çingiz Həsənov (63 kq), Həsən Əlizadə (68 kq), Adil Kazımlı (73 kq), İsrafil Nəcəfov (78 kq) və Allahverdi Məmədov (+78 kq).
Azərbaycanı Ləman Manafova (42 kq), Nilufər Borci (49 kq), Gülay Əliyeva (52 kq), Fatimə Həsənova (55 kq) və Türkan Yuniszadə (59 kq) təmsil edəcək.
Dünya çempionatı 12-17 aprel tarixlərində keçiriləcək.


